İlham Əliyevin Paşinyanla planlaşdırılan GÖRÜŞLƏRİ

İlham Əliyevin Paşinyanla planlaşdırılan GÖRÜŞLƏRİ

Hazırda oxunan: İlham Əliyevin Paşinyanla planlaşdırılan GÖRÜŞLƏRİ

136699

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycan prezidenti İlham Əliyevlə planlaşdırılan görüşlər barədə məlumat yayıb.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə  Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında danışıb. 

“Biz Rusiyadan mayın 25-də Vladimir Putinin vasitəçiliyi ilə üçtərəfli görüşün keçirilməsi təklifini qəbul etdik. Fransa prezidenti, Almaniya kansleri və Avropa Şurası rəhbərinin iştirakı ilə iyunun 1-də Kişinyovda Azərbaycan prezidenti ilə beştərəfli görüş planlaşdırılır”, - deyə Paşinyan qeyd edib. 
O, həmçinin bildirib ki, oktyabrda Qranadada daha beştərəfli görüşün keçirilməsi gözlənilir. 

"Və iyul ayında Brüsseldə növbəti üçtərəfli görüş baş tutacaq", - Paşinyan yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO