Rəşad İlyasov düşmənlərindən danışdı: “Biri qadın, biri kişidir\

Rəşad İlyasov düşmənlərindən danışdı: “Biri qadın, biri kişidir\" - VİDEO

Hazırda oxunan: Rəşad İlyasov düşmənlərindən danışdı: “Biri qadın, biri kişidir\" - VİDEO

136639

“Mərhum İlhamə Quliyeva deyirdi ki, “Düşmənim yoxdur. Düşmən gərək məndən kiçik olsun ki, düşmənlik etsin”. Elə bir şey yoxdur. Bədxahlarım yoxdur, sevmədiyim insanlar var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Sənətçi onu qalmaqala çəkən həmkarlarından söz açıb: 

“Həmin şəxslə və ya şəxslərlə problem yaşamışam. Sadəcə mənə qarşı yalnışı olub. Ona görə də hər zaman küçənin o başından keçirəm ki, qarşılaşmayaq. İki nəfərdir. Biri qadın, biri kişi. Bir tamaşada deyilir ki, “Beş nəfər var. Deyir axı orada dörd nəfər var. Cavab verir ki, o birisini heç adam saymıram” (gülür). Onları oksigen oğrusu sayıram.
Bu münaqişəni illərə bağlamıram. Son illərə dayanır. Mənə çox maraqlıdır ki, onların mənimlə nə ədavəti ola bilər ki?... Mənim də səhvlərim var. Özümə kənardan baxmağı sevmirəm. Kaş ki, musiqidə olardı diskussiyamız. Amma belə deyil. Yəqin həmin şəxsin adımla hallanması və çəkilməsi onun üçün yaxşıdır. İstədilər qalmaqal eləsinlər, amma alınmadı”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO