Üçtərəfli danışıqların Moskva RAUNDU – “Kreml istəsə, konkret nəticə olacaq”

Üçtərəfli danışıqların Moskva RAUNDU – “Kreml istəsə, konkret nəticə olacaq”

Hazırda oxunan: Üçtərəfli danışıqların Moskva RAUNDU – “Kreml istəsə, konkret nəticə olacaq”

136615

Sabah Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq. Görüşdə 10 noyabr bəyannaməsinin və 11 yanvar anlaşmasının bəndləri müzakirə ediləcək. 

Ən əsası Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması, ictimaiyyət, ekspertlər və parlamentari xətti ilə təmasların qurulması daxil olmaqla, üçtərəfli razılaşmaların həyata keçirilməsinin predmetli müzakirəsi olacaq. 

Çox güman ki, əsir hərbçilərin mübadiləsində konkret razılıq əldə ediləcək. Bütün hallarda Moskva görüşündən gözləntilər Vaşinqton və Brüssel görüşlərindən daha böyükdür. Çünki, Ermənistanın idarəçiliyi və Paşinyanın taleyi birbaşa Kremlin əlindədir.
Ona görə də Moskva istəsə ən qısa zamanda Ermənistan-Azərbaycan münasibətlərində xeyli irəliləyiş ola bilər.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən politoloq Tural İsmayılov bildirib ki, bu görüşdən gözləntilərimiz çoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov və Ararat Mirzoyanın Moskva görüşü ilə bağlı AÇIQLAMA 


“Əsas məsələ odur ki, sülh danışıqları ilə bağlı ölkəmizin konkret çağırışları var. Amma çox təəssüf ki, Ermənistan bu məsələdə manipulyasiyalarını davam etdirir. Bildiyimiz kimi, ayın əvvəllərində ABŞ-da xarici işlər nazirlərinin uzun danışıqları oldu.

Əslində bu danışıqlar tarixi hadisə idi. Çünki, ABŞ sülh məsələsində maraqlı olduğunu göstərirdi və bunun üçün günlərini sərf edirdi. Bunun ardınca Brüsseldə 3 tərəfli görüşlər oldu. Lakin, həm Vaşinqton, həm də Brüssel görüşləri ərəfəsində Ermənistan davamlı olaraq təxribatlar törətdi. Nəticədə, hərbi qulluqçularımız şəhid oldu”.

Politoloq onu da qeyd etdi ki, Azərbaycan təbii ki, bütün danışıqlar platformalarına sadiqliyini nümayiş etdirir:

“Biz, əlbəttə, bütün imkanlardan yararlanmağa çalışmalıyıq. Amma Rusiya sülhməramlılarının erməni separatçılarının silah daşımalarını loyal yanaşmasını görəndə Moskvanın sülhün əldə edilməsində maraqlı olmaması qənaətinə gəlirik.
Üstəlik, biz bilirik ki, bölgədə gərginliyin qalması Rusiyanın ideoloji siyasətinin bir parçasıdır. Bütün bunları nəzərə alanda Moskva görüşündən böyük uğur gözləməyə bizə əsas vermir. Amma bəzi mübahisəli məsələlərin aydınlaşdırılmasında belə görüşlər vacibdir, səmərəlidir”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO