Gəncənin küçələri yenidən ABADLAŞDIRILACAQ – 900 minlik TENDER – FOTO 

Gəncənin küçələri yenidən ABADLAŞDIRILACAQ – 900 minlik TENDER – FOTO 

Hazırda oxunan: Gəncənin küçələri yenidən ABADLAŞDIRILACAQ – 900 minlik TENDER – FOTO 

136433

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi fevralın 21-də “Gəncə şəhərinin küçə və prospektlərində hasarların əsaslı təmiri və abadlıq işlərinin satınalınması” ilə bağlı elan etdiyi açıq tenderin nəticələrini bu gün elan edib.

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 897 min 240 manat olan tenderin qalibi "Vedi Construction” MMC (VÖEN: 1403962231) olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda su təsərrüfatının yenidən qurulması üçün 5 milyonluq TENDER – FOTO 


Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şirkət Gəncə şəhərinin küçə və prospektlərində hasarların əsaslı təmiri və abadlıq işləri ilə məşğul olacaq. 

Şirkət şəhərin Nizami prospektində hasarların əsaslı təmiri işləri ilə, yəni kərpic divarların söküntüsünü, mürəkkəb xarici kərpic divarın və kərpicdən konstruksiyaların hörgüsünü, divar hörgüsünün və digər konstruksiyaların armaturlanmasını, dərinliyi 2 m-ə qədər olan yamaclı xəndəklərdə qruntun bərkitmələr olmadan əl ilə qazılmasını və bünövrə altı əsasların qurulmasını həyata keçirəcək.
Qeyd edək ki, "Vedi Construction” MMC İmişli Rayon İcra Hakimiyyətinin 2022-ci ildə rayonun abadlıq və təmir işləri ilə bağlı keçirdiyi  2 milyon manatlıq tenderində qalib gələn 5 şirkətdən biri olub və tərəflər arasında 279 min 678 manatlıq tender müqaviləsi bağlanıb. Müqavilənin şərtlərinə əsasən, rayonun Beyləqan və Biləsuvar rayonu istiqamətlərindən giriş lövhələrinin, İmişli şəhəri T.İsmayılov və C.Dədəkişiyev küçələrində səkilərin əsaslı təmiri ilə məşğul olub. 

Şirkət həmçinin, 29 avqust - 31 avqust 2022-ci il tarixlərində Rusiyanın Bryansk vilayətində Bryansk Regional İxraca Dəstək Mərkəzinin Azərbaycandan olan mebel, tikinti və mühəndislik firmaları üçün keçirdiyi biznes missiyasının əsas iştirakçılarından olub. 







Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO