Türkiyənin bu şəhərində ilk dəfə qadın millət vəkili seçildi

Türkiyənin bu şəhərində ilk dəfə qadın millət vəkili seçildi

Hazırda oxunan: Türkiyənin bu şəhərində ilk dəfə qadın millət vəkili seçildi

136315

Turkiyədə mayın 14-də keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya "turkiyegazetesi.com.tr" saytında yer alıb.

Mənbə yazır ki, 20,5 faiz səs çoxluğu ilə Nevşehir sakini Filiz Kılıç millət vəkili seçilib. O, Nevşehirin ilk qadın deputatı kimi tarixə düşüb.

Kılıç seçiciləri ilə görüşdə hər kəsə təşəkkürünü bildirib:

“Çox çalışdıq, heç dayanmadıq. İnşallah, bundan sonra deputatların  sayını üçədək artıracağıq. Nevşehirlilərin problemlərini həll edəcəyik. Sözümüz sözdür”.

Qeyd edək ki, Filiz Kılıç 18 mart 2021-ci ildən MHP-nin sədr müavini vəzifəsində çalışır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO