Zaqatalada gül yığımına BAŞLANILDI – FOTO 

Zaqatalada gül yığımına BAŞLANILDI – FOTO 

Hazırda oxunan: Zaqatalada gül yığımına BAŞLANILDI – FOTO 

136221

Zaqatala rayonunun ənənəvi və ən gəlirli kənd təsərrüfatı sahələrindən olan gülçülükdə artıq yığıma başlanılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, may ayında başlanan yığım hava şəraitindən asılı olaraq, iyun ayında da davam edəcək. 

Gül yığımının özünəməxsus incəlikləri var. Belə ki, gül səhərin erkən çağından, gün çıxmamış yığılır və ancaq tam açılmış çiçəklər toplanılır. Gül emalı müəssisəsində çalışan 50 nəfərdən çox daimi işçidən əlavə, hər il yığım prosesinə 2 min nəfərə yaxın sakin cəlb edilir.

Ötən il sahələrdən 730 ton gül ləçəyi tədarük edilib. Bu il isə bu rəqəmin 750 tonu ötəcəyi gözlənilir. Toplanan gül ləçəkləri zəruri avadanlıqlarla təchiz olunmuş yağ istehsalı müəsisəsində emal edilir.

İstər yığım, istərsə də istehsal prosesi qabaqcıl metodologiya əsasında Türkiyə və Bolqarıstan təcrübəsinə uyğun olaraq aparılır. Elə Bolqarıstandan gəlmiş mütəxxəsislər də müəssisənin gül bağlarını və emal prosesini yüksək qiymətləndirib. 300 il öncə bu ərazilərdən Bolqarıstan torpaqlarına aparılan gül kolları əsrlər sonra öz vətəninə qayıdıb.

Yeri gəlmişkən burada istehsal olunan gül yağının demək olar ki, hamısı xarici bazarlara satılır.

Gül ləçəklərindən alınan məhsulun alıcıları əsasən iri kosmetika, ətir və dərman istehsal edən şirkətlərdir. Gələcəkdə isə müəssisə öz istehsalat sahəsini daha da genişləndirərək əldə edilən məhsul çeşidlərinin də artırılmasını nəzərdə tutub. 














Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO