Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə üçtərəfli görüşü 3 saatdır davam edir.
Bizim.Media xatırladır ki, Azərbaycan lideri dünəndən Belçika paytaxtında səfərdədir.
MÖVZU İLƏ BAĞLI:
Brüsseldə İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişelin görüşü başladı - FOTO/VİDEO
Qeyd edək ki, bu gün səhər saatlarında Prezident İlham Əliyev və Şarl Mişel arasında görüş keçirilib.
Hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə ediblər.
Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.
Bizim.Media