ABŞ Konqresi Senatının Kəşfiyyat üzrə xüsusi komitəsi çərşənbə axşamı keçirilən səsvermənin gedişatında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə Birləşmiş Ştatların Rusiya Federasiyasındakı keçmiş səfiri Uilyam Bernsin təyinatına dəstək verib.
Bu barədə Bizim.Media “Reuters”ə istinadən məlumat yayıb.
Mənbə yazır ki, Bernsə yekdilliklə səs verilib. İndi onun MKİ-nin rəhbəri vəzifəsinə təyinatı məsələsinə Senat tam heyətdə səs verməlidir.
Xatırladaq ki, Berns 2005-ci ildən 2008-ci ilə qədər ABŞ-ın Rusiya Federasiyasında səfiri olub.
O, 2011-2014-cü illərdə Dövlət Departamenti rəhbərinin müavini vəzifəsində çalışıb. Berns 33 illik diplomatik karyerasından sonra 2014-cü ildə xarici xidmətdən təqaüdə çıxıb və hazırda Karneqi Fonduna rəhbərlik edir.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əvvəlki direktoru Cina Haspel yanvarın 19-da vəzifəsindən istefa verib.
O, 2018-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinə başçılıq etmiş ilk qadın olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:32 / 03.03.2021
Karneqi Fondunun rəhbəri ABŞ-ın yeni baş kəşfiyyatçısı olacaq - DOSYE
Hazırda oxunan: Karneqi Fondunun rəhbəri ABŞ-ın yeni baş kəşfiyyatçısı olacaq - DOSYE
Hazırda oxunan: Karneqi Fondunun rəhbəri ABŞ-ın yeni baş kəşfiyyatçısı olacaq - DOSYE
13588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.