Ölümü axtaranlar və ölümün tapdıqları...

Ölümü axtaranlar və ölümün tapdıqları...

Hazırda oxunan: Ölümü axtaranlar vÉ™ ölümün tapdıqları...

135842

Son vaxtlar Ermənistan Silahlı Qüvvələrinin azərbaycanlıların məskunlaşdığı əraziləri müntəzəm atəşə tutması nəticəsində mülki şəxslər arasındakı itki və tələfat artmaqdadır. Mülki şəxslər arasında baş verən itkilər eyniylə şəhid ailələri kimi bu qəbildən olan şəxslərin ailəsinə də maddi kompensasiya və dövlət qayğısının göstərilməsi ilə bağlı təklifləri gündəmə gətirib ki, buna ehtiyacın olduğu şübhəsizdir. Lakin bəzi siyasilərin, millət vəkillərinin açıqlamasında düşmən atəşi nəticəsində həlak olan mülki şəxslərin şəhidlərlə eyniləşdirilməsi müşahidə edilir ki, bu da ciddi yanlışlıq, həqiqətin açıq-aşkar təhrif edilməsi deməkdir.

Məsələ bundadır ki, əldə silah vətənin müdafiəsində dayanan, hücum və müdafiə əməliyyatlarında iştirak edərək həlak olan bir hərbçi ilə öz gündəlik qayğılarını yaşayan mülki şəxsin öldürülməsi arasında yerlə göy qədər fərq var.

Birincilər şəhid olmağı şüurlu şəkildə gözə alan, məqsədli şəkildə bu yolda irəliləyən insanlardır. Onlar hər an şəhid olacaqlarını düşünərək, bunu qəbullanaraq savaşır və ölürlər. İkincilər isə gündəlik məişət həyatlarını, təsərrüfat qayğılarını yaşayan zaman düşmən atəşinə hədəf olan, öz həyatlarını gözləmədikləri bir anda, gözləmədikləri bir şəkildə itirən insanlardır. Birincilərdən fərqli olaraq onlar ölümə hazır olmayan, həmin an ölə biləcəklərini təxmin etməyən insanlardır. Hansı ki, ölüm onları qəfildən, heç ummadıqları bir zamanda yaxalayır.

Birincilər əldə silah düşmənə meydan oxuyan, ölümün üstünə gedən, onu axtaran şəxslərdir. Hansı ki, məhz onların bu cəsarəti xalqımıza ölümsüzlük, bayrağımıza həmişəyaşarlıq qazandırır. İkincilər isə ölümün tapdığı, təsadüfi bir güllə və ya mərminin hədəf aldığı adamlardır. Onlar çox zaman nə baş verdiyini anlamadan həyatlıa vidalaşır.

Birincilər, həlak olduqları ana qədər düşmən əsgərlərini öldürməklə işğaldakı vətən torpaqlarının azadlığına, qələbənin yaxınlaşmasına yardım edir, öz həyatlarını mümkün qədər baha qiymətə satırlar. Vətən onların ölümündən daha çox qazanır, daha məğlubedilməz olur. İkincilər isə həyatlarını itirdikləri ana qədər də düşmən üçün heç bir təhlükə kəsb etmir, onun sırlarının seyrilməsi, məhv edilməsi baxımından heç bir əmələ imza atmırlar.

Birincilərin ölümü geridə qalanları sadəcə məyus etmir, həm də onları qürurlandırır, onlar üçün nümunəyə çevrilir, onlara cəsarət və qəhrəmanlıq aşılayır. İkincilərin yoxluğu isə sadəcə ağrı və məyusluq bəxş edir. Bu cür itkilərin yerində yalnız və yalnız kədər və iztirab qalır.

Göründüyü kimi, bütün müqayisə və təhlilllər göstərir ki, səngərlərdə, qanlı hərb meydanlarında həyatını itirən şəhidlərlə mülki insanları eyni kateqoriyaya aid etmək olmaz. Düşmən atəşi nəticəsində həyatını itirən mülki şəxslər şəhid deyil. Onlar sadəcə müharibə qurbanlarıdır və bütün müharibə qurbanları kimi onların xatirəsinin hər zaman ehtiramla yad edilməsi vacibdir. Lakin müharibə qurbanı əsla şəhid ola bilməz. Bu, mümkün deyil. Ölümü axtaranlarla ölümün tapdıqları, ölümə meydan oxuyanlarla ölümün qəfil yaxaladıqlarının eyni mərtəbədə qərarlaşması imkansızdır.

Ona görÉ™ dÉ™, bu kimi mÉ™sÉ™lÉ™lrÉ™dÉ™ diqqÉ™tli olmaÄŸa, itkilÉ™r arasındakı bu incÉ™, fÉ™qÉ™t dÉ™rin cizgilÉ™rÉ™ diqqÉ™t etmÉ™k vacibdir. Unutmaq olmaz ki, müharibÉ™ qurbanlarını ÅŸÉ™hid sÉ™viyyÉ™sinÉ™ qaldırmaq, onları ÅŸÉ™hidlÉ™ eyniləşdirmÉ™k ÅŸÉ™hidlÉ™ri tÉ™hqir etmÉ™k  demÉ™kdir. Buna isÉ™ kimsÉ™nin haqqı yoxdur.

 

Seymur Æx8fliyev

e-mail: [email protected]  

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO