Ermənilərin komanda məntəqəsinin vurulma anının YENİ GÖRÜNTÜLƏRİ - VİDEO

Ermənilərin komanda məntəqəsinin vurulma anının YENİ GÖRÜNTÜLƏRİ - VİDEO

Hazırda oxunan: Ermənilərin komanda məntəqəsinin vurulma anının YENİ GÖRÜNTÜLƏRİ - VİDEO

135831

Sosial şəbəkələrdə dünən Azərbaycan ordusu tərəfindən erməni hərbi təxribatının qarşısının alınması zamanı Ermənistan Silahlı Qüvvələrinə məxsus komanda-qərargah məntəqəsinin
məhv edilməsini əks etdirən daha keyfiyyətli görüntülər yayılıb. 

Bizim.Media xəbər verir ki, görüntülər yerli “Telegram” kanallarında yayılıb. 

Qeyd edək ki, mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.   

Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib.  

Ermənistan silahlı qüvvələrinin ordumuza hücum zamanı istifadə etdikləri PUA-ların idarə olunduğu komanda - qərargah məntəqəsi Ordumuz tərəfindən məhv edilib.  

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO