İlham Əliyev: “Ermənistan ərazisində Rusiyanın MiQ-29, Su-30 təyyarələri var”

İlham Əliyev: “Ermənistan ərazisində Rusiyanın MiQ-29, Su-30 təyyarələri var”

Hazırda oxunan: İlham Əliyev: “Ermənistan ərazisində Rusiyanın MiQ-29, Su-30 təyyarələri var”

1356

“Azərbaycan ərazisində Türkiyəyə məxsus hərbi təyyarələrin olması barədə  əsassız ittihamları cəmi iki ölkə təqdim edib – Fransa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində”.

Bizim.Media xəbər verir ki, bu fikirləri  Prezident İlham Əliyev İtaliyanın RAİ-1 televiziya kanalına müsahibəsində səsləndirib.

Prezident bildirb ki, artıq bir aya yaxın vaxt keçib, bizə bununla bağlı heç bir dəlil, heç bir sübut təqdim edilməyib, bütün bunlar insunasiyadır.

“Axı, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq. Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən gəlir”.

Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə dövlət başçısı bunun da yalan olduğunu bəyan edib. Bildirib ki, Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində mövcudluğu münaqişə ərəfəsində birgə hərbi təlimlər keçirilməsi nəticəsində olub:

“Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar”-deyə Ali Baş Komandan əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO