Dubaydakı Azərbaycan Ticarət Evi fəaliyyətini yeni ünvanda davam etdirəcək - FOTO

Dubaydakı Azərbaycan Ticarət Evi fəaliyyətini yeni ünvanda davam etdirəcək - FOTO

Hazırda oxunan: Dubaydakı Azərbaycan Ticarət Evi fəaliyyətini yeni ünvanda davam etdirəcək - FOTO

135356

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Azərbaycan Ticarət Evi yeni ünvanda fəaliyyətini davam etdirəcək. 

Bu barədə Bizim.Media İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən məlumat verib. 

Bildirilir ki, ticarət evinin Dubayın mərkəzində “Marina Walk” turizm və ticarət məkanında fəaliyyət göstərməsi Azərbaycan məhsullarının daha geniş auditoriyaya tanıdılmasına və satış imkanlarının daha da artmasına imkan verəcək. 
300 kvadrat metrə yaxın sahəni əhatə edən ticarət evində Azərbaycan istehsalı olan meyvə, tərəvəz, ət, süd, quru qidalar və s. məhsullar satılır. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Ticarət Evinin fəaliyyəti və burada satılan məhsullarla tanış olub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO