Xankəndidə MİTİNQ OYUNU – Vardanyan Rusiyaya xəyanət edir?

Xankəndidə MİTİNQ OYUNU – Vardanyan Rusiyaya xəyanət edir?

Hazırda oxunan: Xankəndidə MİTİNQ OYUNU – Vardanyan Rusiyaya xəyanət edir?

135251

Mayın 9-da Xankəndində anti-Rusiya mitinqi keçirilib. Keçirilən mitinqdən paylaşılan fotolarda ermənilərin Rusiya Federasiyasına və Putinə qarşı etiraz şüarlarının daha çox yer aldığı məlum olur. Separatçılar ara-sıra Azərbaycana qarşı da şüarlar səsləndiriblər. Maraqlıdır ki, mitinq iştirakçıları 2 qrupa bölünüb. Birinci qrupda Qarabağdakı separatçılar iştirak etsələr də, digər qrupa erməni milyarder Roben Vardanyan başçılıq edib. Maraqlıdır hər iki mitinqə barmaqla sayılacaq erməni toplaşıb. Vardanyanın mitinqinin iştirakçıları isə sadəcə orta məktəb şagirdləri olub.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Tural İsmayılov bildirib ki, bu aksiyalar Rusiyadan daha çox imtiyazlar qopartmaq məqsədi ilə təşkil edilir:

“Sirr deyil ki, Qarabağdakı separatçılıq meyillərinin kökündə Rusiya dayanır. 35 ildir ki, Rusiya Qarabağdakı separatçıları dəstəkləyir. Ona görə də Xankəndində təşkil olunan “mitinqlər” əsla səmimi deyil. Bu “mitinqlər” əsasən Paşinyana bağlı olan qüvvələrin Moskvaya “əzələ” nümayişidir. Çünki, Arayik başda olmaqla Qarabağdakı Paşinyanmeyilli bir çox separatçılar son vaxtlar Rusiya tərəfindən sıxışdırılır.
Digər tərəfdən, Rusiyanın adamı olan Vardanyan öz varlığını ortaya qoymağa çalışır. Ona görə də nəzərə almalıyıq ki, Xankəndində Paşinyan tərəfdarlı separatçılarla Rusiya meyilli separatçılar arasında açıq bir qarşıdurma var. Və bu qarşıdurma hər ötən gün daha da qabarıq şəkildə özünü göstərir. Ona görə də hesab edirəm ki, bu “mitinqlər” sırf Rusiya əleyhinə yönələn bir aksiya deyil. Bu sadəcə iki tərəf arasında güc savaşıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO