Azərbaycan

Azərbaycan "Avroviziya-2023"də ilk çıxışını etdi - FOTO/VİDEO 

Hazırda oxunan: Azərbaycan "Avroviziya-2023"də ilk çıxışını etdi - FOTO/VİDEO 

135155

Xəbər verdiyimiz kimi, bu gün Britaniyanın Liverpul şərəhində sayca 67-ci "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir. 

Bizim.Media xəbər verir ki, ölkəmizi yarışmada təmsil edən Turan və Tural Bağmanov qardaşları Avropa səhnəsində 12-ci nömrə altında  “Tell Me More” mahnısı ilə çıxış ediblər. 

Əkizlərin mükəmməl sinxron ifa ilə yanaşı, rəngarəng səhnə perfomansı da diqqət çəkib. Belə ki, qardaşlar əllərində gitara və ürək formasını xatırladan ag rəngdə səhnənin üzərində dayanaraq ifalarını təqdim ediblər. İfalarının kuliminasiyasında həmin ürəkformalı səhnə iki yərə bölünüb.  

Turan və Turalın ifası dünyaca məşhur Britaniya qrupu "The Beatles"ı xatırladıb.  

Birinci yarımfinalda iştirak edən ölkələrin təmsilçiləri ifalarını təqdim etdikdən sonra səsvermə əsasında hansı ölkənin finala çıxacağı məlum olacaq.  

Xatırladaq ki, Azərbaycan ərazisində yaşayanlar öz ölkələrinə səs verə bilməzlər. Yalnız xaricdə yaşayan həmyerlilərimiz səsverməyə qoşula bilər. 
 





Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO