"Ukrayna xalqı dövlət çevrilişinin girovuna, Kiyev isə Qərbin əlində sövdələşmə obyektinə çevrilib".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin 9 may - Qələbə Günü ilə bağlı keçirilən paradda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sivilizasiya yenidən həlledici dönüş nöqtəsindədir, Rusiyaya qarşı əsl müharibə başlayıb:
"Ölkəmiz üçün nə Qərbdə, nə də Şərqdə dost olmayan düşmən xalqlar yoxdur. Biz gələcəyimizi sülhdə, azadlıqda və sabitlikdə görmək istəyirik".
Rusiya lideri qeyd edib ki, Qərb öz quldurluq və zorakılıq qaydalarını diktə etmək üçün münaqişələr və təlatümlər törədir, ənənəvi dəyərləri məhv edir:
"Onların məqsədi ölkəmizin dağılmasına və məhvinə nail olmaqdır".
Bizim.Media