Rüstəm Orucov Avropa Cüdo Birliyindəki yeni vəzifəsindən danışdı

Rüstəm Orucov Avropa Cüdo Birliyindəki yeni vəzifəsindən danışdı

Hazırda oxunan: Rüstəm Orucov Avropa Cüdo Birliyindəki yeni vəzifəsindən danışdı

135014

“Atletlər Komissiyasına üzvü olmaq, cüdonun davamlı böyüməsinə və inkişafına töhfə vermək fürsətinə malik olduğum üçün fəxr edirəm”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan cüdoçusu Rüstəm Orucov Avropa Cüdo Birliyinin Atletlər Komissiyasına üzv olması barədə danışarkən qurumun rəsmi saytına deyib. 

Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı digər bacarıqlı idmançılarla əməkdaşlıq etməyə, onların şəraitini yaxşılaşdırmaq və cüdonun inkişafına dəstək olmaq üçün öz fikir və tövsiyələrini təqdim etməyə hazır olduğunu bildirib. 

Göygöldə keçirilmiş Avropa Kuboku barədə də fikirlərini bildirən Orucov bu cür yarışların bölgədə cüdonun inkişafına kömək etdiyini vurğulayıb: 

“İlk dəfə olaraq Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə Göygöldə 18 ölkənin iştirak etdiyi beynəlxalq turnir təşkil olunub. Bölgədə bu cür yarışın keçirilməsi paytaxt Bakı ilə müqayisədə müəyyən çətinliklər yaratsa da, cüdonun potensialını beynəlxalq arenada nümayiş etdirəcək”. 

Təcrübəli cüdoçu gənc idmançıların karyerasında Göygöl Avropa Kuboku kimi beynəlxalq turnirlərin əhəmiyyətindən də söz açıb.

O, yeniyetmə vaxtlarında bu cür turnirlərdə iştirak etdiyini və heç də həmişə uğur qazanmadığını etiraf edib. Bununla belə, Orucov heç vaxt motivasiyasını itirmədiyini və daha çox çalışdığını vurğulayıb. 

R.Orucov gənc idmançıları heç vaxt arzularından əl çəkməməyi və məqsədlərinə doğru yorulmadan irəliləməyi tövsiyə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO