Bakıda tanışını öldürməyə cəhd edən şəxs 11 illik həbs edildi

Bakıda tanışını öldürməyə cəhd edən şəxs 11 illik həbs edildi

Hazırda oxunan: Bakıda tanışını öldürməyə cəhd edən şəxs 11 illik həbs edildi

135012

Bakının Sabunçu rayonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Tərlan Qafarova hökm oxunub.  

Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən il oktyabrında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 

Belə ki, 1991-ci il təvəllüdlü Tərlan Qafarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1984-cü il təvəllüdlü Vüsalə Əliyevaya bıçaqla 12 xəsarət yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amanszılıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. 

Tərlan Qafarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO