Siyavuş Aslanın oğlu ölən qardaşından DANIŞDI:

Siyavuş Aslanın oğlu ölən qardaşından DANIŞDI: "Evimizi satıb, narkotikə xərclədi" - ÖZƏL 

Hazırda oxunan: Siyavuş Aslanın oğlu ölən qardaşından DANIŞDI: "Evimizi satıb, narkotikə xərclədi" - ÖZƏL 

134678

Xəbər verdiyimiz kimi Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslan beş gün əvvəl dünyasını dəyişib. 

Bizim.Media-nın əməkdaşı sənətkarın kiçik oğlu Eldar Aslanovla həmsöhbət olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Siyavuş Aslanın oğlu dəfn olundu – FOTO


Eldar bəy qardaşının ölüm xəbərini ötən gün gecə saatlarında sosial şəbəkə vasitəsi ilə öyrəndiyini açıqlayıb: 

"Qardaşımın ölüm xəbərinə əvvəlcə inanmadım. Düşündüm ki, yalan məlumatdır. Ancaq sonra biləndə ki, həqiqətəndə Çingiz vəfat edib, müəyyən tədbirlər gördüm. Onun nəşi səhər saatlarında morqdan çıxarılıb, Təzə Pir məscidinə gətirildi. O, anamızın yanında dəfn olunacaq". 

Sonuncu dəfə iki il əvvəl telefonda qardaşı ilə danışdığını bildirən Eldar bəyin sözlərinə görə, Çingiz 16 yaşından spirtli içkilərin aludəçisi olub: 

"Çingiz yeniyetməlik yaşından xoşagəlməz işlərlə məşğul olurdu. Bu əməllərinə görə də, o, 20 yaşından məhbus həyatı yaşayıb. Müxtəlif xəstəxanalarda müalicələr alsa da, bir faydası olmayıb. Yenə də pis işlərə qurşanıb. Nəyi var idi satıb, həmin şeylərə pul xərcləyib. Əlimdən gələn köməyi ona göstərdim, amma heç bir faydası olmadı. "Semaşko" xəstəxanasının baş həkiminə xahiş və müraciət etdim ki, qardaşımı müalicə edin.


Sağolsunlar əllərindən gələn yardımı Çingizə artıqlaması ilə etdilər. Onu bir il xəstəxanada saxladılar, müalicələr aldı. Bizdən bir manat belə pul almadılar. Mən də o müddətdə işləmirdim. Dörd il işsiz qalmışam. Maddi vəziyyətim heç də yaxşı deyildi. Əgər imkanım olsaydı, qardaşıma kömək edərdim. Mənim də ailəm var və qayğılarımız çoxdur". 

Sənətkarın kiçik oğlunun sözlərinə görə, qardaşı sığınacaqda olduğu müddətdə orada qalan insanların pullarını oğurlayıb: 

"Çingizin ən böyük bəlası onun iradəsizliyi idi. O, xəstə insan idi. Aparıcılar Zaur Baxşəliyev, Elgiz Əkbər dəfələrlə öz verilişlərinə çağırıb, ona yardım etdilər. Bir neçə dəfə o, sığınacağa yerləşdirildi ki, orada qalsın. Amma sığınacaqda da o, pis işlərlə məşğul olurdu. Oradakı insanların cibinə girib, oğurluqlar edirdi. Belə bir insanı sığınacaqdakılar öz yanında necə saxlasınlar". 

E. Aslanov həmçinin, əlavə edib ki, qardaşı Çingiz ata mülkünü sataraq, pullarını isə spirtli içkilərə, narkotik vasitələrə xərcləyib: 

"İpə-sapa yatmayan bir insan idi. Rəhmətlik atam  zamanında ona nə gədər köməkliklər göstərdi ki, bu yoldan onu döndərsin, amma xeyri olmadı. Yenə də spirtki içkilərə, narkotikə, iynəyə qurşandı.  

Haqqımda yalan sözlər danışıb insanlara. Guya mən Amerikaya köçüb orada biznes qurmuşam. Yalandır. Mən 2019-cu ildən Bakıdayam. Heç yerə getməmişəm. Hətta deyirdi ki, guya Rusiyada biznesim var. Bu da cəfəngiyyatdır.

Atamdan miras qalan evimiz var idi. Dedi ki, o, mənzili kirayə verib, dolanacağam. Məni də qoymadı orada yaşamağa. Lakin sonradan öyrəndim ki, o, həmin mənzili satıb, pullarını isə içkiyə, narkotikə xərcləyib".  
Qeyd edək ki, Çingiz Aslan infeksion hepatit, qaraciyər sirrozundan əziyyər çəkib. Onun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO