Türkiyənin Çorum bölgəsində vətəndaşların şam yandıraraq dilək diləyib, dua etdiyi türbələr yol təmiri səbəbi ilə qazılıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, qazıntı zamanı heç bir qalığa rast gəlinmədiyi üçün məzarların boş olduğu təsdiqlənib.
MÖVZU İLƏ BAĞLI:
Dayısının skeletindən gitara düzəltdi – VİDEO
Çorumun Yavruturna məhəlləsində yerləşən 100 illik "Qarip Dede" türbəsi yol təmiri məqsədi ilə keçən il, eyni məqsədlə isə "Sefer Dede" türbəsi bu il bələdiyyə qrupları tərəfindən qazılaraq götürülüb.
Məlumata görə, hər iki türbədə məzar boş çıxıb.
Bizim.Media