Bu günlərdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində para-pauerliftinq üzrə Dünya kuboku yarışları keçirilib.
Qax rayon gənclər və idman idarəsindən Bizim.Media-ya verilən məlumata əsasən, yarışlarda millimizin üzvü, qaxlı para-pauerliftinq ustası Şamo Aslanov da iştirak edib.
Şamo Aslanov (+107 kq) üç cəhdin cəmində 595 kq nəticə göstərib. Bununla da o, Dünya kubokunun gümüş mükafatına layiq görülüb.
Qax rayon gənclər və idman idarəsindən o da bildirilib ki, idmançının rayonda qarşılanması və görüş keçirilməsi planlaşdırılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
![İdmançımız Dünya kubokunda gümüş medal qazandı İdmançımız Dünya kubokunda gümüş medal qazandı](https://bizim.media/file/articles/2023/05/06/1683349826_photo_2023-05-06_09-06-56.jpg)
- A-
- A
- A+
İdman
09:28 / 06.05.2023
İdmançımız Dünya kubokunda gümüş medal qazandı
Hazırda oxunan: İdmançımız Dünya kubokunda gümüş medal qazandı
Hazırda oxunan: İdmançımız Dünya kubokunda gümüş medal qazandı
134605
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.