Yeniyetmələr niyə hər şeydən tez BEZİR? – Psixoloqdan MARAQLI SƏBƏB

Yeniyetmələr niyə hər şeydən tez BEZİR? – Psixoloqdan MARAQLI SƏBƏB

Hazırda oxunan: Yeniyetmələr niyə hər şeydən tez BEZİR? – Psixoloqdan MARAQLI SƏBƏB

134518

Yeniyetmələrin, eləcə də gənclərin psixoloji vəziyyətlərindəki darıxma, yorulma və tez bezginlik hissləri son illərin ən ağırılı probleminə çevrilib. Vaxtaşırı gərginlik, narahatlıq, əsəbiliklərini biruzə verən yeniyetmələrin psixoloji vəziyyətindəki bu dəyişimlər onların iadəsinin zəifliyindən xəbər verir. Hər şeydən tez yorulan və bezən uşaqlarımızın əməyə münasibəti də neqativdir.
Bəs səbəb nədir? Uşaqlarımız niyə hər şeydən tez qorulur və bezir?   

Tanınmış psixoloq Tariyel Faziloğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, yaşı 25-in altında olan insanların psixoloji vəziyyətindəki darıxmalar, tez vaz keçmələr və qərarsızlıqlarının arxasında ciddi psixoloji narahatlıq dayanır: 

“Bu yaş dövründəki insanların hamısının əksər hallarda psixoloji immuniteti və iradəsi zəif olur. Bunun isə bir çox səbəbi var. Cəmiyyətdəki xaotik proseslər, sosial şəbəkələr, informasiya mənbələri, respublikadaxilindəki münasibətlərlə bağlı qarışıq informasiyaların çoxluğu və bu kimi məqamlar gənclərdə informasiya zəhərlənməsi yaradır. Gənc və yeniyetmələr uşaq yaşlarından sosial münasibətlər sisteminə demək olar ki, daxil olmur. Əsasən öz münasibətərini virtul aləmdə qururlar. Heç bir yeniyetmə uşaqlıq dönəmində öz dostları ilə həyətdə oynamır. Bu da onlarda nə sosial məni, nə də sosial özünüifadəni formalaşdıra bilir. 

Buna görə də uşaqlarda sosial münasibətlər sistemi yarımçıq olur. Yarımçıq olduğuna görə özləri ilə bağlı düşüncələri xaotik və qarışıq olur. Sanki özlərini heç yerdə tapa bilmirlər və onlarda darıxma, bezmə, yorulma kimi hisslər hakim olur. Bu da münasibətlərdə özünü göstərir”. 

Psixoloqun fikrincə, 25 yaş üstü gənclərin sevgi və dostluq münasibətlərinin dəyişkən olmasına səbəblər də məhz sadalanan hallarla bağlıdır:

“Müəyyən dəyərlərin formalaşmasında ciddi problemlər yaşadıqlarına görə bu cür qarışıq düşüncələrə sahib olurlar. Valideynlər isə övladlarının sosiallaşması üçün heç nə etmirlər. Əksinə özləri də onlarla sosial münasibətlər qurmur, söhbət etmirlər, danışmırlar və onlarla zaman keçirmirlər. Bu da uşaqların sosial kimliyinin formalaşmasını yarımçıq saxlayır.

Onu da deyim ki, valideynlər uşaqlarını həddindən artıq  boş-boş kurslar və hazırlıqlarla yükləyirlər. Amma onların sosial fonda və şəxsiyyət olaraq yetişməsi üçün heç nə etmirlər. Hətta onların əməyə öyrədilməsi, ev və yüngül bacarıqlarının formalaşdırılmaması ciddi problemlər yaşadır. Bütün uşaqlar bu formada böyüdülür və 18-19 yaşına çatanda onlardan öyrətmədiymiz hər şeyi tələb edirik. Nəticə isə göz qabağındadır.”

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO