Fransadakı hadisələrdən bezən şəxs BU YOLLA Rusiyaya keçmək istədi - VİDEO 

Fransadakı hadisələrdən bezən şəxs BU YOLLA Rusiyaya keçmək istədi - VİDEO 

Hazırda oxunan: Fransadakı hadisələrdən bezən şəxs BU YOLLA Rusiyaya keçmək istədi - VİDEO 

134382

Fransa vətəndaşı avtomobili ilə Polşa ilə sərhəddə yerləşdirilən şlaqbaunu dağıdaraq, Rusiya ərazisinə keçib. 

Bizim.Media xəbər verir ki, sərhəd buraxılış məntəqəsində yerləşdirilən müşahidə kameraları tərəfindən lentə alınan görüntülər “Telegram” kanallarında yayılıb. 

Görüntülərə əsasən, həmin şəxsin idarə etdiyi “Citroen” markalı avtomobili sərhəd xidmətinin əməkdaşları yola tikanlı məftillər düzərək saxlamağa müvəffəq olublar. 

36 yaşlı Fransa vətəndaşı onu saxlayan Polşa sərhədçilərinə Rusiyaya yaşamaq məqsədilə keçdiyini açıqlayıb. 

Sərhəd xidməti əmakdaşlarının sözlərinə görə,sözügedən şəxsin Rusiyaya giriş vizası olmadığından, o, 1000 zloti (təxminən 240 dollar) cərimələnərək yenidən Polşaya yola salınıb. 

Həmin görüntüləri təqdim edirik: 
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO