Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə yüksək humanizmin növbəti təzahürü olaraq, cinayət qanunvericiliyinə mühüm dəyişiklər edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasının bu gün keçirilən iclasında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
“Əfv olacaq, amma tarixini deyə bilmərəm” - Komissiya üzvü
Qeyd edilib ki, 35 əməl dekriminallaşdırılıb, 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib. Bu sahədə yeni qanunların tətbiqi ilə əlaqədar məhkəmələr tərəfindən 2000-dən çox məhkum cəzadan tamamilə azad edilib, 3300-dən artıq məhkumun cəza müddəti azaldılıb.
Bizim.Media