Kevin Kostner 18 illik arvadından BOŞANIR - FOTO

Kevin Kostner 18 illik arvadından BOŞANIR - FOTO

Hazırda oxunan: Kevin Kostner 18 illik arvadından BOŞANIR - FOTO

134080

68 yaşlı Hollivudun seks simvolu, “Cangüdən” və "Yellowstone" filmlərinin ulduzu Kevin Kostner ikinci dəfə ailə qurduğu xanımından boşanır. 

Bizim.Media “TMZ” nəşrinə istinadən xəbər verir ki,  aktyor 49 yaşlı həyat yoldaşı Kristin Baumqartnerlə olan nikahı bitirmək qərarına gəlib.  

Keçmiş model və indiki çanta dizayneri 18 illik evliliyindən sonra belə qənaətə gəlib ki, əri ilə onun arasında barışmaz fikir ayrılıqları var. 

Kristin 12, 14 və 15 yaşlarında olan üç uşağına birgə qəyyumluq tələb edir. Əmlakın bölünməsi ilə bağlı bütün məsələlər əvvəlcədən razılaşdırılıb. Cütlük nikahdan əvvəl razılaşma sənədinə imza atıb.

Qeyd edək ki, K.Kostner sevgilisi Bridcet Runi ilə ayrılanda onların Liam adlı övladlarının 27 yaşı vardı. Kristin Baumqartner və Kevin Kostner 1999-cu ildə görüşməyə başlayıblar.

2003-cü ildə qısa bir ayrıldıqdan sonra Kristin və Kostner növbəti il yenidən bir araya gəlib və Kolorado ştatının Aspen şəhərində evlənib. Onların böyük oğlu Kaydan 2007-ci ilin mayında, ikinci oğlu Hayes isə 2009-cu ilin fevralında dünyaya gəlib. Növbəti il isə cütlüyün Qreys adlı bir qızı dünyaya gəlib. 

39, 36 və 35 yaşlı üç ortaq övladı olan birinci həyat yoldaşı Sindi Kostnerlə Qızıl Qlobus qalibi 2004-cü ildə rəsmi olaraq boşanıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO