Bakıda 36 yaşlı kişi itkin düşdü – FOTO  

Bakıda 36 yaşlı kişi itkin düşdü – FOTO  

Hazırda oxunan: Bakıda 36 yaşlı kişi itkin düşdü – FOTO  

134057

Bakıda yaddaş pozğunluğu olan 36 yaşlı şəxs itkin düşüb. 

Bizim.Media xəbər verir ki, Məlikov Eyvaz Cümşüd oğlu dünən günorta saatlarında yaşadığı Nizami rayonu Əzim Əzimzadə küçəsindəki evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Ailəsindən bildirilib ki, E.Məlikov sağlamlığında məhdudiyyət olduğuna görə onun taleyindan narahatdırlar: 

“Biz Eyvazı “Ekan” adı ilə çağırdığımıza görə o, adının “Ekan” olduğunu bilir. Ola bilər ki, dünən evdən çıxıb, evi tapmayıb ki, geri dönsün. Və ya kimsə görüb pis olub özü ilə evə aparıb. Başına nə gəldiyindən xəbərsizik, xahiş edirik onu görənlər bizə və ya polisə məlumat versin”. 

E.Məlikovun itkin düşməsi ilə bağlı ərazi üzrə Nizami Rayon Polis İdarəsinə də məlumat verilib. 
E.Məlikovun ailəsinin əlaqə nömrəsi: 050 426-76-04 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO