Azərbaycanda “Biznesdə qadınların gücü” layihəsi BAŞA ÇATDI - FOTO 

Azərbaycanda “Biznesdə qadınların gücü” layihəsi BAŞA ÇATDI - FOTO 

Hazırda oxunan: Azərbaycanda “Biznesdə qadınların gücü” layihəsi BAŞA ÇATDI - FOTO 

134022

Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması və onlara dəstək məqsədilə həyata keçirilən “Biznesdə qadınların gücü” layihəsi başa çatıb. 

Bizim.Media Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, KOBİA-nın təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının tərəfdaşlığı ilə həyata keçirilən adıçəkilən layihənin yekunlarına həsr olunmuş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qadınların sahibkarlığın inkişafında mühüm rol oynadığını və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olduqlarını qeyd edib. 

Bildirilib ki, iqtisadiyyatın inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla qadın sahibkarlığının inkişafını təşviq etmək və bu sahədə zəruri tədbirlər görmək Agentliyin fəaliyyət istiqamətlərindəndir.
KOBİA tərəfindən qadın sahibkarlığının inkişafının təşviqi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması və bu məqsədlə müvafiq dəstək alətlərinin yaradılması üzrə zəruri işlər həyata keçirilir.

“Biznesdə qadınların gücü” layihəsi də belə dəstək tədbirlərindəndir. Layihə Bakıda və regionlarda biznes fəaliyyəti ilə məşğul olan qadın sahibkarların təcrübə qazanmasına və gəlirlərinin artmasına, qadınların sahibkarlıq fəaliyyətinə təşviqinə öz töhfəsini verəcəkdir. 

Layihəyə dair hesabatın təqdimatında məlumat verilib ki, 2022-ci ilin noyabrından start götürmüş layihədə iştirak etmək üçün 134 qadın sahibkar müraciət edib.

Onların arasından müvafiq meyarlara uyğun olan, sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində fəaliyyət göstərən 23 iştirakçı seçilib.

Layihə müddətində qadın sahibkarlar biznes biliklərinin artırılması üçün 10-dək müxtəlif təlimlərə cəlb edilib, onlara məsləhət xidməti və mentor dəstəyi göstərilib. Sahibkar qadınların dövlət qurumlarının nümayəndələri ilə görüşləri, Lənkəranda yerləşən çay plantasiyasına təcrübə səfəri də təşkil olunub. 

Sonra münsiflər heyətinin qərarına əsasən seçilmiş 3 qadın sahibkarın adı açıqlanıb və onlara mükafatlar verilib. Təqdim etdiyi layihənin inkişaf etdirilməsi üçün 1-ci yerin qalibinə 5 000 manat, 2-ci yerə 3 000 manat və 3-cü yer isə 2 000 manat təqdim olunub. 
Tədbir çərçivəsində qadın sahibkarların məhsullarından ibarət kiçik sərgi də təşkil olunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO