Zəngilanda yeni meşə massivi salınıb – FOTO  

Zəngilanda yeni meşə massivi salınıb – FOTO  

Hazırda oxunan: Zəngilanda yeni meşə massivi salınıb – FOTO  

133853

Zəngilanda 30 min ağacdan ibarət meşə massivinin bərpası, eyni zamanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ərazidə ağacəkmə aksiyasının keçirilməsi münasibəti ilə Zəngilan rayonuna səfər təşkil olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Qarabağ Dirçəliş Fondundan məlumat verilib. 

Bildirilib ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə baş tutan səfərdə meşənin salınmasını dəstəkləyən Fondun 20-dən artıq donor və tərəfdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Məlumat verilib ki, Qarabağ Dirçəliş Fondu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə ətraf mühitə vurulmuş zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpası məqsədilə Anlaşma Memorandumu imzalayıblar.
Memoranduma uyğun olaraq 17 dekabr 2021-ci il tarixində “Zəfərdən dirçəlişə” layihəsi çərçivəsində Zəngilanda meşə massivinin salınması layihəsinə start verilib. 

Layihənin reallaşmasında donor şirkətlərin dəstəyini xüsusi qeyd edən Rəhman Hacıyevin sözlərinə görə, layihəyə uyğun olaraq Zəngilan şəhərinin girişində, 30 hektar ərazidə 30 min ağacın - əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, Qlediçiya və Şərq çinarı ağaclarının əkilməsi həyata keçirilib. 

Dayanıqlı meşə massivinin salınması məqsədilə ərazidə görülən bütün işlər meşəbərpa tələblərinə uyğun formada aparılıb. Enerji təminatı və suvarma sistemi qurulub, ağaclar əkilən əraziyə müntəzəm nəzarət təmin edilib. 

Zəngilanda meşə massivinin salınması layihəsinin yekunlaşmasından sonra Qarabağ Dirçəliş Fondu işğaldan azad olunan digər ərazilərimizdə də yaşıllaşdırma layihələrinə start verəcək. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO