Rəşad Dağlı bu gün İFADƏ VERƏCƏK

Rəşad Dağlı bu gün İFADƏ VERƏCƏK

Hazırda oxunan: Rəşad Dağlı bu gün İFADƏ VERƏCƏK

133743

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, meyxanaçının sənət yoldaşları - Orxan Lökbatanlı, Baləli Maştağalı, Ruslan Müşfiqabadlı prosesdə iştirak etmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gəliblər. 

Bu gün prokuror ittiham aktını elan edəcək, Rəşad Dağlı ifadə verəcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Rəşad Dağlı ifadə verdi - Özünü müdafiə edib - ÖZƏL


Qeyd edək ki, hadisə 2022-ci ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. 

Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamlarla təqsirli bilinərsə 9 ildən-14 ilə qədər azadlıqdan məhrum edilə bilər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO