“Fənərbağça” səfərdə “Trabzonspor”a qalib gəldi

“Fənərbağça” səfərdə “Trabzonspor”a qalib gəldi

Hazırda oxunan: “Fənərbağça” səfərdə “Trabzonspor”a qalib gəldi

13373

Fevralın 28-də futbol üzrə Türkiyə çempionatının XXVII turunun sonuncu qarşılaşmasında "Trabzonspor" doğma meydanda "Fənərbağça"nı qəbul edib.

Bizim.Media xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçisi meydan sahiblərini minimal hesabla məğlub edib.

"Fənərbağça"nın yeganə qolunu matçın 76-cı dəqiqəsində Dimitrios Pelkas vurub.

Günün digər matçında isə "Kasımpaşa" səfərdə "Göztəpə"yə 1:0 hesabı ilə uduzub. Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 57 xalla "Qalatasaray" başçılıq edir.

İkinci və üçüncü pillələrdə müvafiq olaraq 54 xala malik olan "Beşiktaş" və "Fənərbağça" klubları qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXVII turda "Kayserispor" istirahət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO