"Miatsum öldü və etimad mühiti yalnız qarşılıqlı şəkildə təmin oluna bilər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Rasim Musabəyov sosial şəbəkə hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistanın Azərbaycana qarşı torpaq iddiası puça çıxdı” - Rasim Musabəyov
“Vaşinqtonda, sonra isə Moskva və Brüsseldə danışıqların növbəti raundu gözlənilir ki, bu raundda Ermənistan-Azərbaycan münasibətlərini sülh və qonşuluğa doğru inkişaf etdirmək, düşmənçilik və qarşılıqlı inamsızlıq vəziyyətindən çıxarmaq üçün qəti cəhd göstəriləcək”, - deyə deputat əlavə edib.
Millət vəkili vurğulayıb ki, erməni siyasətçiləri və analitikləri, eləcə də ermənilərin xarici himayədarları Azərbaycanı qondarma rejim məsələsində mövqeyini yumşaltmağa, statusu müzakirə etməyə razılaşmağa və ermənilərin etimadını qazanmaq üçün addımlar atmağa çağırırlar:
“Eyni zamanda onların ağlına da gəlmir ki, ermənilərin özlərinə Azərbaycan dövlətinin və cəmiyyətinin etimadını qaytarmaq lazımdır. Axı İrəvanın və xarici erməni diasporunun müəyyən dairələrinin təşəbbüsü ilə başlanan “miatsum” Azərbaycana böyük ziyan vurdu. Bu münaqişənin otuz ili ərzində 20 mindən çox vətəndaşımız həlak olub, on minlərlə vətəndaşımız aldığı xəsarətlərdən və yoluxduğu xəstəliklərdən vaxtından əvvəl həlak olub. Bir milyona yaxın insan qaçqın və köçkün vəziyyətinə düşüb.
Ermənilərin itkiləri də böyükdür. Münaqişə zamanı onlar tərəfdən ölənlərin sayı 20 minə yaxındır ki, onlardan 5-6 mini yalnız İkinci Qarabağ müharibəsi zamanı həlak olub. On minlərlə insan xəstəlik və məhrumiyyətlər üzündən əlil oldu, sağlamlıqlarını itirdi. 400 minə yaxın insan Azərbaycanı tərk etməyə məcbur olub. Onların əksəriyyəti, eləcə də Sovet Ermənistanının bir milyon yarım vətəndaşı dözülməz həyat şəraitinə görə ABŞ, Kanada, Avropa, Avstraliya, Rusiya, Ukrayna və s. ölkələrə qaçdı.
Nə qədər ki, ermənilər “miatsum” adlanan ideyanın səhv, hətta cinayətkar mahiyyətini bir daha düşünüb dərk etməyəcəklər, onun ideoloqlarını və təşkilatçılarını qınamayacaqlar, Azərbaycanın da özlərinə olan inamını bərpa edə bilməyəcəklər.
DQMV-nin əvvəlki statusundan Azərbaycan dövlətini məhv etmək üçün istifadə edən Qarabağ ermənilərinə necə hər hansı status verilə bilər? Nəzərinizə çatdırım ki, qonşu ölkələrin heç birində (İran, Türkiyə, Gürcüstan, Rusiya) Azərbaycandan fərqli olaraq ermənilərin hər hansı muxtariyyəti olmayıb. Deməli, etimadın bərpası qarşılıqlı bir prosesdir və onun üçün öz qeyri-qanuni iddiaları ilə düşmənçilik və müharibəyə başlayanlar ilk addımı atmalıdır.
Top ermənilərin tərəfindədir, lakin onlar öz səhvlərini yenidən düşünməkdənsə, dünyaya uydurma “soyqırımı” haqqında hayqırmağa üstünlük verirlər və öz iddialarını reallaşdırmaq üçün dəstək tələb etməkdə davam edirlər. Lakin əbəs yerə. Yalnız miflərdən və fobiyalardan qurtulanda, irredentizm və separatizmdən əl çəkəndə regionda sülhün və mehriban qonşuluğun bərpası üçün real perspektiv yaranacaq”.
Bizim.Media