Ağdamdakı qəzada həlak olanların sayı 3 nəfərə çatdı - YENİLƏNİB 

Ağdamdakı qəzada həlak olanların sayı 3 nəfərə çatdı - YENİLƏNİB 

Hazırda oxunan: Ağdamdakı qəzada həlak olanların sayı 3 nəfərə çatdı - YENİLƏNİB 

133516

Ağdamda baş verən qəza nəticəsində ölənlərin sayı üç nəfərə çatdı.  

Bizim.Media xəbər verir ki, həlak olanlar, Ağdam rayon Eyvazlı kənd sakini, 1996-cı il təvəllüdlü Qasımov Aydın Kamil oğlu, Ağdam rayon Kəngərli kənd sakini, 2001-ci il təvəllüdlü İbadov Yusif Kamil oğlu və Ağdam rayon Quzanlı qəsəbə sakini, 1996-cı il təvəllüdlü Musayev Təhməz Tariyel oğludur. 

Bərdə rayon mərkəzi xəstəxanasından Bizim.media-nın yerli bürosuna bildirilib ki, qəzada sağ qalan şəxs əməliyyata götürülüb. Ona bədənin xeyli sınıq xəsarətləri və iç orqanların zədələnməsi diaqnozu qoyulub.


*** 22:54

Ağdamda baş verən qəza nəticəsində ölənlərdən biri rayonun fəal gənclərindən olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, baş vermiş qəzada həlak olan Qasımov Aydın Ağdam rayonunda bir sıra vəzifələrdə çalışıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralılar var - FOTO 


O, Gənclərin Karyera Mərkəzində işlədikdən sonra, Ağdam rayon icra hakimiyyətinin Baharlı qəsəbəsi üzrə ərazi nümayəndəliyində mühasib işləyirmiş. Aydın Qasımov hadisə yerinə dünyasın dəyişib.  

Digər yaralıların hər ikisinin də ölümcül olduğu bildirilir. Onlardan biri Bərdə mərkəzi rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  

Həkimlər onun səhhətinin ağır olduğunu bildiriblər. 


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO