Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupu toplaşır - Sabah görüş olacaq

Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupu toplaşır - Sabah görüş olacaq

Hazırda oxunan: Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupu toplaşır - Sabah görüş olacaq

13318

Martın 1-də Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin təmsil olunduğu Qarabağ üzrə üçtərəfli İşçi Qrupun videokonfrans formatında növbəti görüşü keçiriləcək.

Bizim.Media Rusiya mətbuatına istinadla əbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İşçi Qrupun üçüncü iclasının nəticələrinə əsasən deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Qarabağla bağlı koordinasiya qrupunun iclası fevralın 27-də keçiriləcək – Moskvada


Qeyd edib ki, bundan öncəki iclasda Azərbaycan, Rusiya və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələr sahəsində razılaşmaların həyata keçirilməsi müzakirə edilib..

"Tərəflər dəmir yolu, avtomobil yolu və kombinə edilmiş daşınma, habelə sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitariya və digər nəzarət növləri daxil olmaqla daşınmanın təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dair ekspert quplarının hesabatlarına baxdılar.

Səlahiyyətli orqanlara MDB çərçivəsində bağlanmış beynəlxalq müqavilələrin və yuxarıda göstərilən daşımaların həyata keçirilməsinə dair üçüncü ölkələrlə bağlanmış beynəlxalq müqavilələrin inventarlaşdırılması tövsiyə edildi", - deyə Overçuk vurğulayıb.

Qeyd olunub ki, İşçi qrup Qarabağın inkişaf planlarını martın 1-dək təqdim etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO