Tərtərdə minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI 

Tərtərdə minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI 

Hazırda oxunan: Tərtərdə minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI 

133168

Tərtərdə minaya düşən şəxsin vəziyyəti stabildir. 

Bizim.Media xəbər verir ki, TƏBİB Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstənin vəziyyəti hazırda stabildir və stasionar şəraitdə müalicəsi davam etdirilir: 

“Tərtər sakini Babaşov Xəzər Taryel oğlu 26.04.2023-cü ildə Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə gətirilib. Xəstə üzərində sağ aşağı ətrafın, baldır hissəsinin aşağı 1/3-dən amputasiyası əməliyyatı icra olunub. Xəstənin vəziyyəti hazırda stabildir və stasionar şəraitdə müalicəsi davam etdirilir”. 

Qeyd edək ki, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO