Ermənistan yenidən sülh prosesinə dönüb - Ceyhun Bayramov - VİDEO

Ermənistan yenidən sülh prosesinə dönüb - Ceyhun Bayramov - VİDEO

Hazırda oxunan: Ermənistan yenidən sülh prosesinə dönüb - Ceyhun Bayramov - VİDEO

133095

“Azərbaycan sülh prosesinə və sazişinə inanmasaydı, bunun təşəbbüskarı olmazdı”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib. 

“Bu çağırış 2020-ci ilin yanvarında cənab Prezident İlham Əliyev tərəfindən edilib. Sülh sazişi istiqamətində növbəti addımlar da məhz bizim tərəfimizdən edilib. Biz təbii ki, bütün vasitəçilərə öz təşəkkürümüzü bildiririk. Ən azından, bunlardan sonra Ermənistan yenidən prosesə döndüyünü bəyan edib.

Növbəti danışıqların keçirilməsi prosesin çox önəmli növbəti mərhələsi və addımıdır. Biz bu prosesi dəstəkləyirik, alqışlayırıq. Azərbaycan sülh prosesində iştirak edəcək, irəli aparılması üçün əlindən gələni etməyə hazırdır”, - nazir qeyd edib. 
Qeyd edək ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna Azərbaycanda səfərdədir. Fransalı nazir bu gün Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO