Qorbaçov Putin və Baydeni danışıqlar aparmağa çağırdı

Qorbaçov Putin və Baydeni danışıqlar aparmağa çağırdı

Hazırda oxunan: Qorbaçov Putin və Baydeni danışıqlar aparmağa çağırdı

13289

Keçmiş Sovet İttifaqının prezidenti Mixail Qorbaçov 90 illik yubileyi ərəfəsində verdiyi müsahibəsində Rusiya və ABŞ prezidenti - Vladimir Putin və Cozef Baydeni nüvə proqramını müzakirə etmək üçün danışıqlar aparmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı mk.ru saytı yayıb.

Onun fikrincə, bu, hərbi arsenalın tərksilahı üçün vacibdir:

“Ən başlıcası isə hər iki lider bir-birinə söz atmamalıdır”.

Qorbaçov tərəflərin təhlükəsizliyin təmin edilməsi üçün səy göstərəcəklərinə inandığını deyib.

“Hamımızın avropalı olduğumuzu anlamalı və bundan nəticə çıxarmalıyıq. Və bu, o deməkdir ki, biz danışıqlar aparmalı, bir-birimizi başa düşməliyik”, deyə Qorbaçov əlavə edib.

Qeyd edək ki, bir vaxtlar danışıqların əleyhinə olan Ronald Reyqan da sonradan fikirlərini dəyişdirib.

Qorbaçov ABŞ prezidentinə məktub yazıb və iki gün sonra Ağ Evin sahibi görüşməyə razılıq verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO