Sosial Tədqiqatlar Mərkəzinin Avropa Birliyi və Avropa Şurası ilə birgə layihəsi olan "Azərbaycanda kibercinayət və təhlükəsizlik barometri" nəticələrinin təqdimatı ilə bağlı konfrans keçirilib.
Bizim.Media xəbər verir ki, konfransda kibertəhlükəsizliyin geniş spektri və onun mənfi təsirləri ilə bağlı müzakirələr aparılıb.
Çıxış edənlər Azərbaycanda kibertəhlükəsizliyin hazırkı vəziyyətindən, istifadəçi məlumatlarının qorunması istiqamətində görülən tədbirlərdən söz açıblar.
Konfransda həmçinin, Azərbaycanda kibertəhlükəsizliyin mövcud vəziyyətini öyrənmək üçün aparılan sorğunun nəticələri də təqdim olunub.
Sorğuda iştirak edən respondentlərin əksəriyyəti son 1 il ərzində şəxsi hesablarına giriş məlumatlarının onlayn ifşa olunmadığını bildiriblər.
Daha ətraflı videoreportajda:
Ziya Hikmətoğlu, Əfqan Pənahoğlu, Bizim.Media