İsa Qəmbərin oğlunun “erməni soyqırımı” ilə bağlı paylaşımı tənqid olundu – FOTO  

İsa Qəmbərin oğlunun “erməni soyqırımı” ilə bağlı paylaşımı tənqid olundu – FOTO  

Hazırda oxunan: İsa Qəmbərin oğlunun “erməni soyqırımı” ilə bağlı paylaşımı tənqid olundu – FOTO  

132848

Tanınmış siyasətçi İsa Qəmbərin oğlu İlkin Qəmbərin tviter paylaşımı ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. 

Bizim.Media “qafqazinfo”ya istinadən xəbər verir ki, İlkin Qəmbər  qondarma “erməni soyqırımı”nın “ildönümü” ilə bağlı paylaşım edib. 

Paylaşımda deyilir: “Bu gün erməni soyqırımının anım günüdür. Bir də heç vaxt”. 

İlkin Qəmbərin paylaşımı sosial şəbəkələrdə sərt tənqid olunub. Daha sonra o, tviterdəki hesabını yalnız dostlarına açıq edib. 

Məsələ ilə bağlı İsa Qəmbərin mövqeyini öyrənmək istəsək də, o, zənglərə cavab verməyib. 

Qeyd edək ki, hazırda Kanadada yaşayan İlkin Qəmbər “Ermənistan Krallığı: Qədim Roma ilə Parfiya arasında. Sənədli film”in müəlliflərindən biridir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO