Qarabağdakı sülhməramlıların yeni komandanı kimdir? - DOSYE

Qarabağdakı sülhməramlıların yeni komandanı kimdir? - DOSYE

Hazırda oxunan: Qarabağdakı sülhməramlıların yeni komandanı kimdir? - DOSYE

132817

Xəbər verdiyimiz kimi, Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Aleksandr Volkovu geri çağırıb. Onun yerinə general-polkovnik Aleksandr Lentsov təyin edilib. 

Bizim.Media xatırladır ki, general Lentsov bu təyinata qədər Rusiya müdafiə nazirinin müşaviri, 2020-ci ilə qədər isə Quru Qoşunlarının baş komandanının müavini olub.

Əfqanıstanda döyüş əməliyyatlarında iştirak edib: rota komandirindən başlayaraq, 234-cü paraşüt alayının batalyon komandirliyinə qədər yüksəlib. O, Bosniyadakı rus sülhməramlılarının bir hissəsinin komandiri kimi Yuqoslaviyada olub.
Həm çeçen müharibələrində, həm də 2008-ci ildə Gürcüstanda və 2014-2015-ci illərdə Ukraynada hərbi əməliyyatlarda iştirak edib. 2016-cı ildə isə Rusiya Silahlı Qüvvələrinin Qoşunlar Qrupu (Qüvvələr) komandirinin Suriyadakı komendantlıqlar üzrə müavini vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO