Kürdəmirdə bədbəxt HADİSƏ: Tüfənglə özünə xəsarət yetirdi - FOTO

Kürdəmirdə bədbəxt HADİSƏ: Tüfənglə özünə xəsarət yetirdi - FOTO

Hazırda oxunan: Kürdəmirdə bədbəxt HADİSƏ: Tüfənglə özünə xəsarət yetirdi - FOTO

132699

Kürdəmir sakini özünə tüfənglə xəsarət yetirib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Çöl-Qubalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 32 yaşlı Babayev Rəsul Babalı oğlu kənd ərazisində atla gedərkən əlindəki ov tüfəngi anidən açılıb.

Bu zaman Rəsul Babayev qarın nahiyəsindən xəsarət alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırmalar aparılır.







Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO