Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşçilərimiz vətənə qayıdıb.
Bizim.Media xəbər verir ki, qitə birinciliyində gümüş medal qazanan Taleh Məmmədov açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda Azərbaycana qarşı TƏXRİBAT: Bayrağımızı yandırdılar - FOTO/VİDEO
O, yarımfinalda qarşılaşdığı erməni rəqibi üzərindəki qələbədən danışıb:
“İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında bayrağımız yandırılması məsuliyyətimizi artırdı. Bu bizə həm də motivasiya oldu.
Erməni güləşçi ilə 4 dəfə üz-üzə gəlmişəm. Rəqibi keçən görüşümüzdə qaldırıb yerə atmışdım. O, bundan müdafiə olunurdu. Fərqli taktika seçdim və qalib gəldim. Ermənilərə sübut etmək istəyirdim ki, idmanda mübarizə belə olur. Ona görə də mütləq qələbə qazanmalı idim”.
Bizim.Media