Yaşar Əliyevin Quterreşə ünvanlandığı məktub BMT-nin sənədi kimi yayıldı

Yaşar Əliyevin Quterreşə ünvanlandığı məktub BMT-nin sənədi kimi yayıldı

Hazırda oxunan: Yaşar Əliyevin Quterreşə ünvanlandığı məktub BMT-nin sənədi kimi yayıldı

132542

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyevin BMT Baş katibi Antoniu Quterreşə ünvanladığı növbəti məktubu Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bizim.Media xəbər verir ki, səfir Yaşar Əliyevin BMT Baş katibi Antoniu Quterreşə ünvanladığı məktubda Ermənistanın BMT yanında daimi nümayəndəliyinin səsləndirdiyi qüsurlu və yalan iddialara qarşı fikirlər yer alıb:

“Ermənistanın məqsədi bəllidir – Azərbaycana qarşı təcavüzə, ölkəmin suveren ərazilərinin otuz ildir işğalına, kütləvi vəhşiliklərə, nifrət cinayətlərinə və ört-basdır edilməmiş irqçilik siyasətinə görə öz məsuliyyətini gizlətməkdir. Ermənistanın Azərbaycanın 2020-ci ildə başlatdığı iddia edilən irimiqyaslı hərbi əməliyyatlarla bağlı təkrarlanan iddiaları tamamilə fantaziyadır.

Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) qətnamələrinə tam uyğun olaraq, öz ərazi bütövlüyünü bərpa etmək və xalqını qorumaq üçün yalnız öz suveren torpağında əks-hücuma keçib.
2022-ci ilin sentyabrında baş verən toqquşmalara gəlincə, onlar Ermənistan ərazisində deyil, delimitasiya olunmamış Azərbaycan-Ermənistan sərhədində baş verib və Ermənistan silahlı qüvvələri tərəfindən təxribat törədilib, bu barədə müvafiq qaydada sənədləşdirilib BMT-yə məlumat verilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO