Əliyar Əliyevin oğlu: “Atamın qanı yerdə qalmadı...”- FOTOLAR

Əliyar Əliyevin oğlu: “Atamın qanı yerdə qalmadı...”- FOTOLAR

Hazırda oxunan: Əliyar Əliyevin oğlu: “Atamın qanı yerdə qalmadı...”- FOTOLAR

1325

Azərbaycanın  Milli Qəhrəmanı Əliyar Əliyevin oğlu, əslən Qubadlıdan olan  Emin Əliyev Qubadlının işğaldan azad olunması ilə bağlı  təəssüratlarını Bizim.Media ilə bölüşüb.

“Biz bu gün həm də ona görə qürurluyuq ki, atam Əliyar Əliyev kimi birinci Qarabağ  döyüşlərində şəhid olan igid oğulların qanını yerdə qoymuruq”.

Emin Əliyev müharibə bitən kimi hər kəsi Qubadlıya dəvət edəcəyini, orda Qubadlı adəti ilə qonaqlıq verib, qurban kəsəcəyini deyir:

“Dağıdılmış da olsa gedib öz evimizi görəcəm. Bizə döyüşmək üçün ruh yüksəkliyi verən bilirsiz nədir? O torpaqlarda haqqı olan insanların haqqını geri qaytarmağa çalışmağımız. Qarabağın hər qarış torpağını geri  qaytarandan sonra atam kimi yüzlərlə igid oğulların haqqını vermiş olacağıq. Bu torpaq o zaman bizə halal olacaq”.

Sonda qəhrəman hərbiçi bildirdi ki, mən döyüşçüyəm, torpaqlarımız düşmən tapdağından tam azad olunana qədər Ali Baş Komandanın əmrinə müntəzirəm. Qubadlı Azərbaycandır!

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO