Qax sakini arı sancmasından öldü

Qax sakini arı sancmasından öldü

Hazırda oxunan: Qax sakini arı sancmasından öldü

132346

Arı sancan Qax sakini ölüb.  Hadisə bu gün rayonun Qıpcaq kəndində təsərrüfatlardan birində qeydə alınıb. 

Bu barədə Bizim.Media-ya kənd sakinləri məlumat verib. Qeyd olunur ki, 58 yaşlı İsmayıl Mahmudov qohum evinə qonaq gəlibmiş. Həyətdə arı onun damarından sancıb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb, ona ilkin tibbi yardım göstərilib. Müdaxilələr fayda vermədiyindən İ.Mahmudov rayon mərkəzi xəstəxanasına çatdırılıb. 

Həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma başlanılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO