Gəncədə yük avtomobili yandı - FOTO

Gəncədə yük avtomobili yandı - FOTO

Hazırda oxunan: Gəncədə yük avtomobili yandı - FOTO

13232

Bakıda və Gəncədə avtomobillər yanıb.

Bizim.Media Fövqəladə Hallar Nazirliyinin saytına istinadla məlumat verir ki, paytaxtın Nizami rayonunda ümumi sahəsi 150 m² olan avtomobil təmiri sexinin içərisində 20 m² sahəyə yığılan avtomobil ehtiyat hissələri yanıb, yüksək temperaturdan orada təmirə dayanan "Honda" markalı minik avtomobilinin ön hissəsi əriyib.

Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Gəncənin Kəpəz rayonunda isə "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb, yüksək temperaturdan ön şüşəsi və idarəetmə lövhəsi qismən əriyib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO