Azərbaycanlı şahmatçı dünya çempionatında gümüş medal qazandı - FOTO

Azərbaycanlı şahmatçı dünya çempionatında gümüş medal qazandı - FOTO

Hazırda oxunan: Azərbaycanlı şahmatçı dünya çempionatında gümüş medal qazandı - FOTO

132281

Şəkili idman ustası dünya çempionatında ikinci olub. Bu uğurlu nəticə Yunanıstanın Rodos şəhərində keçirilən şahmat üzrə dünya çempionatında əldə olunub.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki uşaq gənclər və şahmat məktəbindən məlumat verilib.  

Bildirilir ki, Azərbaycanı şahmat üzrə dünya çempionatında 17 yaş oğlanlar arasında təmsil edən şahmatçı, idman ustası Süleyman Süleymanlı  dünya ikincisi olaraq Vətənə gümüş medalla qayıdır.
Qeyd edək ki, Süleyman Süleymanlı 2015-ci ildə məktəblilərin şahmat üzrə Avropa çempionatında qızıl medal qazanaraq 9 yaşında ustalığa namizəd olub.

2019-cu ildə Antalyada (Türkiyə) keçirilən 7 – 17 yaşlı məktəblilər arasında şahmat üzrə dünya çempionatında gümüş medala layiq görülüb. Ötən il Naxçıvanda keçirilmiş beynəlxalq “Second Sunday” (İM tournament – beynəlxalq usta normativi) şahmat turnirində 1-ci yeri tutub və 15 yaşında FİDE Ustası (FM) olub.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO