“Hər 5 müsəlmandan 1-nin gündəlik gəliri 1 dollardan azdır” – Millət vəkili  

“Hər 5 müsəlmandan 1-nin gündəlik gəliri 1 dollardan azdır” – Millət vəkili  

Hazırda oxunan: “Hər 5 müsəlmandan 1-nin gündəlik gəliri 1 dollardan azdır” – Millət vəkili  

132176

“Müsəlman dünyası başqalarına əl tutmağı və imkansızlara yardım etməyi təşviq edən Ramazan bayramını qeyd edir. Hər birimizin qayğıya ehtiyacı olanlara yalnız Ramazan ayında deyil, il boyu dəstək olmağımız çox vacibir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. 

O əlavə edib ki, hazırda dünya müsəlmanlarının 40 faizi yoxsulluq içərsində yaşayır: 

“Hər 5 müsəlmandan 1-nin gündəlik gəliri 1 dollardan azdır. Qlobal təbii ehtiyatların 70 faizindən çoxuna sahib olan müsəlman aləmində dünyadakı yoxsul əhalinin 45 faizi yaşayır. Müqəddəs Ramazan ayında olduğu kimi digər zamanlarda da müsəlmanlar ehtiyacı olan insanlara yardım etməklə yoxsulluq həddini azalda bilərlər”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO