Övladları Rəşad Dağlının doğum gününü QEYD ETDİLƏR - VİDEO 

Övladları Rəşad Dağlının doğum gününü QEYD ETDİLƏR - VİDEO 

Hazırda oxunan: Övladları Rəşad Dağlının doğum gününü QEYD ETDİLƏR - VİDEO 

132129

Bu gün hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının doğum günüdür. 

Bizim.Media xəbər verir ki, söz xiridarının övladları Yusif və Bətül valideynlərinin 39 yaşı tamam olması münasibəti ilə sosial şəbəkə hesabları vasitəsi ilə təbrik ediblər.  

Sənətçinin övladları kiçik ölçülü, üzərində şamdan ibarət 39 rəqəmLİ tortla video çəkərək atalarına olan ürək sözlərini izləyiciləri ilə bölüşüblər: 

"Hər kəsə salamlar. Bu gün atamızın ad günüdür. Atamın doğum gününü hər zaman onunla birgə keçirtmişik. Yazdığınız təbrik mesajlarına görə sizə təşəkkürümüzü bildiririk. Həmçinin sizin Ramazan bayramızını təbrik edirik". 

Videonun sonunda isə Yusif şamları yandıraraq bacısı Bətül ilə üfürərək, söndürüblər. 

Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub. 
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO