Kürdəmirdə həmkəndlisini öldürməyə cəhd edən şəxs TUTULDU

Kürdəmirdə həmkəndlisini öldürməyə cəhd edən şəxs TUTULDU

Hazırda oxunan: Kürdəmirdə həmkəndlisini öldürməyə cəhd edən şəxs TUTULDU

131916

Aprelin 18-də Kürdəmir rayonu Çöl-Qubalı kənd sakini 1988-ci il təvəllüdlü Sahil Həsənovun xəsarətlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun mətbuat xidmətindən xəbər verilib. 

İlkin araşdırma zamanı 1990-cı il təvəllüdlü Ramiz Hüseynovun şəxsi münasibətlər zəminində həmkəndlisi Sahil Həsənova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 
Fakta görə Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Ramiz Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO