İctimai nəqliyyatın idarə olunmasında ƏL DƏYİŞDİ – Gözləntilər özünü DOĞRULDACAQMI?

İctimai nəqliyyatın idarə olunmasında ƏL DƏYİŞDİ – Gözləntilər özünü DOĞRULDACAQMI?

Hazırda oxunan: İctimai nəqliyyatın idarə olunmasında ƏL DƏYİŞDİ – Gözləntilər özünü DOĞRULDACAQMI?

131857

Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyinin (BNA) səlahiyyətləri Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) verildi. Artıq bundan sonra ictimai nəqliyyatdakı vahidlik RİNN-in tabeliyində həyata keçiriləcək. 

Yeni dəyişiklik ictimai nəqliyyatın inkişafına necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, ictimai nəqliyyatın inkişafı üçün böyük bir iradə lazımdır və bu iradə sonadək davam etdirilməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

BNA-nın fəaliyyətinə xitam verildi, əmlakı isə...


“Bütün işlər plan üzrə görülməli və vahid bir mərkəzdən idarəetmə olmalıdır. Artıq vahid mərkəz demək olar ki, öz həllini tapdı. BNA səlahiyyət olaraq tamamilə fərqli bir struktur halına gəlir və publik hüquqi şəxs kimi AYNA-nın tərkibində olacaq.

Bu, o deməkdir ki, Azərbaycanda həm avtomobil nəqliyyatı ilə, həm də sərnişinlə yükdaşımalar, taksi fəaliyyəti və s. məsələlər bir mərkəzdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən idarə olunacaq. 

Sözsüz ki, bir mərkəzdən idarəetmənin müsbət cəhətləri olacaq. Həm Cənab Prezident nəqliyyatla bağlı Əlaqələndirmə Şurası yaradılıb və Şurada digər aidiyyətu qurumlar da təmsil olunur.

Beləliklə vahid mərkəzdən idarəetmənin hərtərəfli konturları cızılıb. Yerdə qalan məsələ, həmin qurumlarda adı keçən məmurların prinsipiallığı, vicdanlığı, məsələyə şəxsi deyil, ictimai maraqdan yanaşmamasıdır. 

Digər məqam isə aidiyyəti qurumların – Maliyyə və Nazirlər Kabinetinin də süründürməçilik mövqeyindən yanaşmamasıdır. Təssüflər olsun ki, nəqliyyatın inkişafı ilə bağlı müəyyən məsələlərin həlli üçün maliyyə lazım olur. Amma Maliyyə Nazirliyi o pulu verməmək üçün min oyundan çıxır.
Yaxud Nazirlər Kabinetinin qərarı lazım olur, qurumda o sənəd illərlə yatır. Yəni ümumi olaraq bu məsələlər bir mərkəzdən idarəetmə nəticəsində həll olunsa, o zaman biz müsbət nəticələri görəcəyik”.

Ekspertin sözlərinə görə əsas hədəf ictimai nəqliyyatın əlçatanlığı, çeşidliliyi, geniş imkanlara malik olmasıdır:

“Azərbaycanda ictimai nəqliyyat avtobus, metro və taksi üzərində qurulub. Hamısının fəaliyyəti isə bərbaddır. Avtobusların sayı azdır, interval gecikir, xəttdə səliqəsiz və istifadəyə yararsız marşrutlar var, metroda sıxlıqdır və insanlar rahat hərəkət edə bilmir. Taksi sürücüləri isə narkoman, oğru və quldurdur. Bir sözlə biabırçılıqdır. 

Məhz bu problemlərin həllinə nail olmaq üçün möhkəm iradə lazımdır. Hesab edirəm ki, RİNN çox qısa müddətdə bir çox səmərəli işlər görə bilib və qeyd etdiyim məsələlərin də öhdəsindən zaman-zaman gələ biləcək.  
Ümumiyyətlə, qurumların gördüyü işlər haradasa daşa dirənməməlidir. Ümidvaram ki, yaxşı nəticələr və işlər baş verəcək. 

Onu da qeyd edim ki, hazırda bu məsələ ilə bağlı AYNA-da çox böyük layihə üzərində işləyirik. Görəcəyimiz işlər çoxdur və sevinirəm ki, mən də görüləcək işlərin bir parçasıyam. Yaxın zamanlarda şahidi olacaqsınız ki, bir çox yeniliklər baş verir”. 

Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə isə ilk növbədə ən ağrılı məsələlərdən biri – ictimai nəqliyyatın gələcək inkişaf xətti müəyyən edilməlidir:

“Burada dövlətin və özəl sahibkarların yeri, rolu və payı aydın olmalıdır. İctimai nəqliyyatın inkişafı üçün dayanıqlı maliyyə mənbələri müəyyən edilməlidir. İctimai nəqliyyatın dayanıqlı və səmərəli inkişafı olmadan hər hansı uğurlu və müasir mobillikdən, yol hərəkəti təhlükəsizliyindən söhbət gedə bilməz. Bütün bunlar yeni və mürəkkəb bir yolayrıcına çıxmaq kimi bir şeydir”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO