4 saylı Tibb müəssisəsində İNSİDENT – Baş həkimə etiraz edən tibb işçisi özünü DOĞRADI - VİDEO

4 saylı Tibb müəssisəsində İNSİDENT – Baş həkimə etiraz edən tibb işçisi özünü DOĞRADI - VİDEO

Hazırda oxunan: 4 saylı Tibb müəssisəsində İNSİDENT – Baş həkimə etiraz edən tibb işçisi özünü DOĞRADI - VİDEO

131837

4 saylı Təcili Tibbi Yardım Stansiyasında işçi ilə baş həkim arasında insident baş verib. Təcili Tibbi Yardım Stansiyasının əməkdaşı qolunu doğrayaraq intihara cəhd edib.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Pərvin Abışovanın hadisə yerindən çəkdiyi canlı yayımda bildirilib. 

Belə ki, Təcili Yardım Stansiyanın Mirəziz Əzizov adlı əməkdaşı tibb müəssisəsində kifayət qədər nöqsanların və qanunsuzluqların baş alıb getdiyi barədə baş həkim Yusif Musayevə məlumat verib.

Stansiya rəhbəri isə neqativləri açıqladığı üçün tibb işçisini işdən çıxarmaqla hədələyib. Üstəlik kollektivi ona qarşı yönəldib. Haqsız yerə işdən çıxarılmasına etiraz edən Mirəziz Əzizov isə damarlarını doğrayaraq həyatına son qoymağa çalışıb.
Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ictimaiyyətə rəsmi məlumat veriləcək.

Bundan əlavə, intihara cəhd edən Mirəziz Əzizovun Yasamal Rayon Prokurorluğuna çağırıldığı bildirilir. 
 

Alçina Amilqızı, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO